İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: İsrailin Rəfaha hücumu başladı

İsrail hökuməti Rəfahda əməliyyatı davam etdirmək barədə qərara gəlib.

"Report" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Nazirlər Kabineti yekdilliklə qərar verib ki, İsrail HƏMAS-a hərbi təzyiq göstərmək, girovların azad edilməsini asanlaşdırmaq və digər müharibə məqsədlərinə nail olmaq üçün Rəfah əməliyyatını davam etdirəcək.

Eyni zamanda, ofis İsrailin Qəzza ilə bağlı danışıqları davam etdirmək üçün Qahirəyə nümayəndə heyəti göndərmək niyyətini açıqlayıb. 

***

Bu dəqiqələrdə İsrail ordusunun tanklar və piyadalar da daxil olmaqla şiddətli artilleriya atəşinin dəstəyi ilə Rəfaha daxil olduğu qeyd olunur. 

İsrailin Rəfaha hücumunun başlandığı bildirilir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2024

BÜTÜN XƏBƏRLƏR