İnsanlara hürriyət, millətlərə istiqlal!

Samvel Babayandan Paşinyanla bağlı İLGİNC AÇIQLAMA

“Hakimiyyətin Ermənistanı götürdüyü yol müharibədir. Sülhün kəsişməsi müharibənin kəsişməsidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Qarabağın işğal altında olduğu illərdə qondarma qurumun “təhlükəsizlik katibi” Samvel Babayan tərəfindən səslənib.

Babayan Ermənistanın baş naziri Nikol Paşinyanın “sərhədlərin demarkasiyası prosesinə qarşı çıxan insanların sadəcə olaraq müharibə istədiyi” barədə bəyanatına da münasibət bildirib.

Onun sözlərinə görə, Azərbaycan 10 ildir ki, Xəzər bölgəsinin logistika, nəqliyyat, zənginlik marşrutu olması üçün sərmayə yatırır.

“Bununla rəsmi Bakı malların Türkiyədən keçərək Avropaya keçməsini istəyir. Biz belə bir ittifaqın içində olub-olmamaqla bağlı siyasi qərar verməliyik”, - deyə Babayan söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2024

20 May 2024

BÜTÜN XƏBƏRLƏR