İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya yardım İrana baha başa gəlir: 3 ölkədən eyni vaxtda sanksiya

Böyük Britaniya İrana qarşı sanksiyalar siyahısını genişləndirərək iki şəxsi və pilotsuz uçuş aparatları və raketlərin istehsalı ilə bağlı dörd şirkəti ora əlavə edib.

Musavat.comn xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniya Xarici İşlər Nazirliyi yayıb.

Britaniya ilə birlikdə Kanada və ABŞ da oxşar tədbirlər görüb. Sanksiyalara Seyid Mohsen Vahabzadeh Mokadam və Abbas Abdi Asgerd daxildir. Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, onlar “dronlar istehsalı ilə məşğul olan İran şirkətləri şəbəkəsinə rəhbərlik edirlər”.
Qara siyahıya salınan iranlılar hələ 2022-ci ildə London məhdudiyyətlərinə məruz qalan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Abdulla Mehrabi ilə əlaqəlidirlər.

Sanksiyaya məruz qalan şirkətlər Alvand Motorbuilding, Bonyan Danesh Shargh, Industries Company, Moj Gostar Aseman Parvaz Company və Pishro Sanat Aseman Sharif Company şirkətləridir.

Bu şəxslərin hamısının Böyük Britaniyaya, ABŞ və Kanadaya girişi qadağandır. Onların hesabları, habelə məhdudiyyətlərə məruz qalan şirkətlərin aktivləri bu ölkələrin yurisdiksiyasında aşkar edilərsə, dondurulur.

Qeyd edək ki, İran Ukraynadakı müharibədə Rusiyaya dron və ballistik raketlərlə yardım etməyə başladıqdan sonra ona qarşı sanksiyalar sərtləşdirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2024

BÜTÜN XƏBƏRLƏR