İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov Avropa klubuna gedir

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə xaricinə yollanacaq.

Musavat.com SPORTİNFO.AZ-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bununla bağlı tədarük görməyə başlayıb.

Onun səfər etməyə hazırlaşdığı yer İspaniyadır.

Qurbanovun məqsədi La Liqanın aparıcı klublarından birində olmaq, məşq prosesini izləmək, həmkarının iş proqramını incələməkdədir.

Hələlik səfərin vaxtı dəqiqləşməyib. Ancaq tərəflər arasında danışıqların sona yaxınlaşdığını söyləyə bilərik.

Qurban Qurbanov bundan əvvəl Almaniyada olub. Azərbaycanın ən yaxşı futbol mütəxəssisi yanvarda “Bayer”in düşərgəsinə səfər edib, Xabi Alonso ilə görüşüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR