İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan lideri Türk Mədəniyyəti və İrsi Fondunun prezidentini təltif edib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğız Respublikasının prezidenti Sadır Japarovun “Qırğız Respublikasının dövlət mükafatları ilə təltif olunma haqqında” Fərmanı ilə Türk xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində mühüm töhfələrinə görə Dank” ordeni ilə təltif olunub.

Musavat.com xəbər verir ki, mükafatlandırma mərasimi Qırğız Respublikasının prezidenti Sadır Japarovun 18-19 aprel 2024-cü il tarixlərində Qazaxıstan Respublikasına səfəri çərçivəsində Astanada baş tutub.

Mərasimdə “Dank” ordeni Aktotı Raimkulovaya Qırğızıstan Respublikasının Dövlət katibi Suyunbek Kasmambetov tərəfindən təqdim olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2024

02 May 2024

BÜTÜN XƏBƏRLƏR