İnsanlara hürriyət, millətlərə istiqlal!

Qeyri-adi marafon: Şərab içə-içə 13 min qazandı - VİDEO

Tom Gilbi adlı şərabçı London Marafonu zamanı şərabların dadına baxaraq xeyriyyə məqsədi ilə 13 000 funt-sterlinqdən (təxminən 27 500 AZN - red.) çox pul toplayıb.

Tom Gilbi məşhur marafonda 2000 funt-sterlinq toplamaq üçün qaçmağa qərar verir. O, hər keçdiyi milin sonunda müxtəlif şərablardan dadıb və şərabın hazırlandığı üzümün çeşidini, ölkəsini təxmin edib. O, ümumilikdə 25 şərabın dadına baxaraq bütün məsafəni 4 saat 41 dəqiqəyə qət etməklə finişə çatıb.

Gilbi qeyd edib ki, o, şərabdan bir qurtum alıb sonra tüpürməklə sərxoşluqdan xilas ola bilib. O, yarışı başa vurduqdan sonra bir qədəh şampan da içib və uğurunu təkrarlamağa cəhd göstərməyəcəyini qeyd edib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2024

BÜTÜN XƏBƏRLƏR