İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" dünya reytinqində 13 pillə İRƏLİLƏDİ

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

506 komandadan ibarət siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb.

13 pillə irəliləyən "Qarabağ" (176,5 xal) 48-cı sırada yer alıb. Bir mövqe irəliləyən "Neftçi" (62 xal) 377-ci, 4 sıra addımlayan "Sabah" (58,75 xal) isə 413-cüdür.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (401 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikinci, İtaliyanın “İnter” (311 xal) kollektivi üçüncüdür.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR