İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmaqallı futbolçu Avropanın 3 nəhənginin hədəfində

“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvud Avropanın bir neçə top klublarının marağına səbəb olub. İngilis forvard İspaniyanın “Xetafe” klubunda icarə əsasında oynayaraq karyerasını bərpa etməyi bacarıb.

Publika.az xəbər verir ki, 22 yaşlı hücumçu ilə “Barselona”, “Atletiko Madrid” və “Yuventus”la maraqlanır. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

O, bu klubların yay transfer hədəfləri siyahısındadır.

Bu mövsüm Qrinvud “Xetafe”nin heyətində 25 oyun keçirib və La Liqada 6 qol vurub, həmçinin İspaniya Kubokunda 3 oyun keçirib, 2 qol vurub.

2022-ci il yanvarın sonunda Mançester polisi Qrinvudu model Harriet Robsona təcavüzdə şübhəli bilərək həbs edib. Tezliklə o, girov müqabilində sərbəst buraxılıb və bir il sonra prokurorlar əsas şahidlərin ifadələrinin geri alınması səbəbindən Qrinvuda qarşı bütün ittihamların ləğv edildiyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR