İnsanlara hürriyət, millətlərə istiqlal!

Pənah Hüseyn Müsavatı təbrik etdi

Hazırda Müsavat Partiyasının XI qurultayı keçirilir. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilən qurultayda başqanlığa yeganə bir iddiaçı var. O da partiyanın keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərdir.

Musavat.com xəbər verir ki, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qurultay nümayəndələrinə təbrik ünvanlayıb:

“Azərbaycanın tarixində və müasir siyasi həyatında özünəməxsus yeri və rolu olan Müsavat partiyasının XI qurultayı münasibətilə Müsavat partiyası üzvlərini və qurultay nümayəndələrini Azərbaycan Xalq Partiyası adından təbrik edirəm və fəaliyyətlərində uğurlar arzulayıram”,-deyə partiya sədri bildirib. 


Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR