İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan sensasion AÇIQLAMALAR

Musavat.com xəbər verir ki, Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibə verib.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyasından danışıb. 

"2021-2022-ci ildə hadisələr 4 kənd kontekstində beynəlxalq ictimaiyyətə təqdim olunub.

Ermənistanın öz qanuni hüdudlarından kənara çıxdığını göstərməyə cəhd edilib, ona görə də Ermənistan Respublikasının strategiyası legitimlikdir.

Xəritədə sərhəd postunun harada olduğunu təsəvvür edirik, lakin yerdəki koordinatları təyin edən GPS cihazı ilə yerində ölçü götürməyə gedəndə kənarlaşmalar olur", - Paşinyan deyib. 

Paşinyan qeyd edib ki, delimitasiya ilə bağlı addımlar aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:

⚫️Demarkasiya olunmuş ərazilərdə sərhəd mühafizəsinin sərhəd qoşunlarına təhvil verilməsi məsələsi həll olunacaq

⚫️Komissiyalar iyulun 1-dək tənzimləmə ilə bağlı razılığa gələcəklər

⚫️Komissiyalar görüşərək demarkasiya prosesinin qaydasını razılaşdıracaqlar. 

"Müdafiə Nazirliyi demarkasiya olunmuş ərazilərdə xidmət göstərməyəcək, sərhəd mühafizəsi tam olaraq MTN-nin sərhəd qoşunları tərəfindən həyata keçiriləcək.

Yəni sərhəddə Müdafiə Nazirliyinin mövqeləri olmayacaq və ola bilsin ki, suveren ərazimizi tərk edəcək", - Nikol Paşinyan deyib. 

O, qeyd edib ki, hamının gözü önündə bizə qarşı təhlükəsizlik öhdəliyi olan strukturlar və ölkələr üzərinə düşən vəzifəni yerinə yetirmədi: "Buradan belə nəticəyə gəlmək lazımdır ki, ümidlərimizi özümüzə bağlamalıyıq".

"Xəritədə sərhəd postunun harada yerləşdiyini təsəvvür edirik, lakin yerdəki koordinatları təyin edən GPS cihazından istifadə edərək yerində ölçmə aparmağa gedəndə kənarlaşmalar yaranır", Ermənistan baş naziri sonda bildirib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2024

BÜTÜN XƏBƏRLƏR