İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç yeni yataqdan neft hasilatına başladı

Şimal dənizinin Norveçə məxsus ərazisində “Eldfisk Şimal” layihəsi çərçivəsində neft hasilatına başlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə layihənin iştirakçısı olan Fransanın "TotalEnergies" (39,9 faiz) şirkəti məlumat yayıb.

Layihənin operatoru Amerikanın "ConocoPhillips" (35,1 faiz) şirkətidir. Bundan başqa, layihədə "Var Energi" "ASA" (12,4 faiz), "Sval Energi AS" (7,6 faiz) və "Petoro AS" şirkətləri (5 faiz) pay alır.

Yatağın işlənməsi üzrə inkişaf planı 2022-ci ilin dekabrında təsdiqlənib, ona 10,5 milyard Norveç kronu (təxminən 1 milyard dollar) sərmayə yatırılacağı nəzərdə tutulurdu.

Yataqdan gündə təxminən 15 min barel neft ekvivalenti hasil edilməlidir (ildə təxminən 750 min ton neft).

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

19 May 2024

BÜTÜN XƏBƏRLƏR