İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Ülviyyəni qəbul etdi

Gənclər və idman naziri Fərid Qayıbov Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyevanı qəbul edib.

Musavat.com xəbər verir ki, gənc idmançını böyük uğuru münasibətilə təbrik edən nazir onun Avropa çempionluğunun ölkəmizdə şahmat idman növünün inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Fətəliyeva göstərilən diqqətə görə təşəkkür edib.

Xatırladaq ki, Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən şəxsi qitə çempionatında qızıl medal qazanaraq ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2024

18 May 2024

BÜTÜN XƏBƏRLƏR