İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur türkiyəli musiqiçilər Bakıya gəlir

Məşhur pianoçu Rüya Taner və Türkiyənin tanınmış saksafon ifaçısı, yazıçısı Kürşat Başar Cümhuriyyətin 100-cü və Şimali Kipr Türk Respublikasının 40-cı ildönümü çərçivəsində Bakıda konsert verəcək.

Musavat.com xəbər verir ki, noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq konsertdə Rüya Taner və Kürşat Başar klassik musiqi ilə tamaşaçıların qarşısına çıxacaq.

Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının sənət dünyasının bir araya gələcəyi konsertdə hər üç türk dövlətin mədəniyyəti nümayiş olunacaq və ölkələrimiz arasında mədəni əlaqələrin daha da güclənməsinə töhfə verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR