İnsanlara hürriyət, millətlərə istiqlal!

Meral Akşenerin İYİ Partiyə VİDA çıxışı: BƏDƏL ÖDƏYİRƏM - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyə siyasətinin tanınmış ismi, milliyyətçi təmayüllü İYİ Partinin qurucusu və genel başqanı Meral Akşener istefa verib.

Musavat.com bildirir ki, dünən keçirilən fövqəladə qurultayda İYİ Partiyaya yeni genel başqan seçilib. Bu, Meral Akşenerin 30 illik ülküdaşı, bir zamanlar MHP sıralarında bərabər olduqları Müsavat Dərvişoğludur.

Türkiyədə keçirilən son prezident və bələdiyyə seçkilərində uğursuzluqları səbəbindən iki müxalifət lideri istefa verib. Öncə CHP lideri Kemal Kılıçdaroğlu, indi isə Meral Akşener siyasətdən getməyə bərabər sayılan addım atdılar.

Meral Akşener çıxışında deyib ki, o, bədəl (atdığı addımın əvəzi) ödəməyə hazır idi və indi də onu ödəyir.

Meral Akşener və Müsavat Dərvişoğlu, ümumilikdə bütün İYİ Parti rəhbərliyi və üzvləri Türk Dünyasına, o cümlədən də Azərbaycana bağlı və sayğılıdırlar.

Müsavat Dervişoğlunun qardaşı Muhammed Dervişoğlu uzun illər Türkiyə Kəşfiyyat İdarəsinin - MİT-in rəhbərliyində olub. O, Hakan Fidanın müavini kimi uğurlu fəaliyyət göstərib. Türkiyənin hakim komandasındakı son dəyişiklik zamanı isə Muhammed Dərvişoğlu Daxili İşlər Nazirliyinin ictimai asayiş və təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilib.

Bundan sonra pərakəndə vəziyyətə düşən milliyyətçi cameənin bir araya gəlmə şansının yarandığını düşünənlər də var.
Onlar düşünməkdə olsunlar, Musavat.com Meral Akşenerin vida çıxışını təqdim edir:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 May 2024

BÜTÜN XƏBƏRLƏR