İnsanlara hürriyət, millətlərə istiqlal!

Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi

Dəfnə yarpağı yalnız kulinariya ədviyyatı deyil, həm də tarakanları yox etmək üçün əla vasitədir. Dəfnə yarpaqlarından istifadə edərək tarakanlardan qurtulmaq olar.

Sizə lazım olan tək şey dəfnə yarpağını evin künclərinə yerləşdirməkdir.

Tarakanlar bu ədviyyatın qoxusunu sevmirlər. Əvvəlcə zəmini dəfnə yarpaqlarının güclü bir həlimi ilə yuyub, sonra künclərə yaymaq olar. Tarakanları dəf etmək üçün künclərə yovşan və tansi də qoya bilərsiniz (evdə kiçik uşaqlar varsa tövsiyə edilmir).

Bundan əlavə, lavanda və anis tarakanları dəf edir. Həm bitkilərin özündən, həm də efir yağlarından istifadə edə bilərsiniz (pambığı isladıb tarakanların toplaşdığı yerlərdə qoyuruq).//Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2024

BÜTÜN XƏBƏRLƏR