İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistana qaz Azərbaycandan gəlir, ...hazırıq" - Alen Simonyan açıqladı

Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakı ilə qaz alqı-satqısı məsələsini müzakirə etməyə hazır olduqlarını bildirib.

“Mən bu məsələyə çox müsbət baxıram. Hesab edirəm ki, biz bu məsələni müzakirə etməliyik”, – deyə o qeyd edib.

Qanunverici orqanın sədrinin sözlərinə görə, indi də Ermənistanın Rusiyadan aldığı qazın bir hissəsi Azərbaycan üzərindən gəlir:

“Mən əminəm ki, müqaviləyə əsasən, Rusiyadan onlara gəlir, sonra da Avropaya gedirsə, eyni qaz bütövlükdə bizə də gəlir”.

Azərbaycan Prezidenti İlham Əliyev də gələcəkdə Ermənistanın Azərbaycan qazını ala biləcəyini istisna etməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2024

BÜTÜN XƏBƏRLƏR