İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfsanəvi hind aktyoru vəfat edib

Hindistanın veteran kinoaktyoru Çandra Mohan 78 yaşında dünyasını dəyişib.

O, 900-dən çox filmi ilə əfsanəvi hind artisti sayılır. O, həmçinin, seriallarda da rol alıb.

Verilən məlumata görə, Mohanın ürəyində problem olub. O, ölkənin cənubundakı Heydərabaddakı özəl xəstəxanalardan birinə aparılıb. Mohan həyatının son günlərini məhz bu tibb müəssisəsində keçirib.

Aktyorun əsl adı Mallampalli Çandrasekhara Raodur. O, 1945-ci il mayın 23-də Pamidimukkala kəndində anadan olub. Təhsilini kənd təsərrüfatı texnikumunda alıb. Aktyor 1960-cı illərdən həyatını kino ilə sıx bağlayıb.

Mohanın ölümünün dəqiq səbəbi hələlik açıqlanmayıb.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR