İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstan, Qazaxıstan və Türkmənistan bu layihədə bir araya gəldi

Əfqanıstan regional ticarəti inkişaf etdirmək məqsədilə Qazaxıstan və Türkmənistanla Əfqanıstanın Herat əyalətində böyük logistika qovşağının tikintisinə dair razılıq əldə edib.

Musavat.com xəbər verir ki, Radikal Taliban hərəkatının müvəqqəti hökumətinin sənaye və ticarət naziri vəzifəsini icra edən Nuruddin Əzizi bu barədə Reuters agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, mərkəzin tikintisi ilə bağlı razılaşmalar Əfqanıstan, Qazaxıstan və Türkmənistan arasında keçən həftə Kabildə altı ay davam edən birgə məsləhətləşmələrdən sonra baş tutan danışıqlarda əldə olunub. İki ay ərzində tərəflər saziş layihəsi hazırlayacaqlar: “Herat əyalətində Əfqanıstan, Qazaxıstan və Türkmənistanın investisiyaları ilə Şimal-Cənub Asiya dəhlizinin ticarət yollarının kəsişməsində logistika mərkəzi tikiləcək”.
Əfqanıstanın qərbindəki bu mərkəz vasitəsilə Rusiyanın Pakistan və digər Cənubi Asiya ölkələrinə neft çatdıra bilər.

Onun sözlərinə görə, Herat nəqliyyat qovşağı vasitəsilə karbohidrogenlərin ilkin illik daşınması 1 milyon tona çata bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2024

BÜTÜN XƏBƏRLƏR