İnsanlara hürriyət, millətlərə istiqlal!

BU ÖLKƏ vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə etdi

Tacikistan Xarici İşlər Nazirliyi həmvətənlərinə çox zərurət olmadıqda Rusiyaya istənilən nəqliyyat növü ilə səyahət etməkdən müvəqqəti çəkinməyi tövsiyə edib.

Musavat.com xəbər verir ki, tövsiyə nazirliyin saytında dərc olunub.

Aprelin 26-da nazirlik Rusiya səfiri Semyon Qriqoryevi qəbul edib:

“Səfirin diqqətinə Tacikistan tərəfinin son həftələrdə Tacikistan vətəndaşlarının Rusiyaya daxil olmasına icazə verilməsindən əsassız imtina hallarının kütləvi xarakter almasından narahatlığı çatdırılıb”.

Aprelin 27-də Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiyaya Qazaxıstanla quru sərhədindən keçmək istəyən əcnəbilərin sərt yoxlanılması martda baş vermiş terror aktından sonra Rusiya tərəfinin gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə bağlıdır.

Onun sözlərinə görə, KİV-də Tacikistan vətəndaşlarının Qazaxıstandan keçən quru yollarla Rusiya ərazisinə buraxılmaması, həmçinin sərhəddə yığılan avtomobillərlə bağlı məlumatlar şişirdilir:

“Hazırda onların ümumi sayı üç onluqdan çox deyil. Sərhədkeçmə prosesi zamanı sərhəd xidmətimiz tərəfindən uşaqlara, qadınlara və qocalara üstünlük verilir. Bundan əlavə, Rusiyaya gələn xarici vətəndaşların yarıdan çoxu 90 gündən sonra sərhədi keçib, yenidən daha 90 gün qalmaq üçün geri qayıdırlar. Bu da sərhəd-buraxılış məntəqələrində sıxlığa səbəb olur”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2024

09 May 2024

BÜTÜN XƏBƏRLƏR