İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda keçirilən MÜHÜM görüşlərin əsas MƏQSƏDİ - FOTOLAR

30 aprel - 1 may tarixlərində Avstraliya İttifaqının Xarici İşlər və Ticarət Departamentinin inkişaf, çoxtərəfli və Avropa qrupunun katibinin müavini Rod Brazierin rəhbərlik etdiyi nümayəndə heyətinin AR Prezident Administrasiyasında, eləcə də Xarici İşlər Nazirliyində keçirilmiş görüşlər və baş tutmuş ilk siyasi məsləhətləşmələrin ardınca Avstraliya Federal Parlamentində yeni təsis olunmuş Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Rik Vilsonun rəhbərlik etdiyi nümayəndə heyəti VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər edib.

AR Avstraliya İttifaqındakı Səfirliyindən Musavat.com-a verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti Azərbaycanın əsas rəsmi şəxsləri, o cümlədən AR Milli Məclisinin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-Avstraliya Dostluq Qrupunun sədri Asim Mollazadə ilə müzakirələr aparıb.

Müzakirələrin əsas məqsədi hər iki ölkənin qanunverici orqanları arasında qarşılıqlı əməkdaşlıq imkanlarının araşdırılması olub.

Ölkənin təbii sərvətlərinin demək olar ki, böyük hissəsinin, xüsusilə neft, qaz və mədən sənayesinin yerləşdiyi Qərbi Avstraliya ştatını təmsil edən Rik Vilson səfəri zamanı Avstraliya və Azərbaycan arasında iqtisadi əməkdaşlığa daha çox diqqət yetirib. Səfər müddətində nümayəndə heyəti Azərbaycanın müxtəlif dövlət qurumlarında, o cümlədən Xarici İşlər, Kənd Təsərrüfatı, AZPROM və Turizm nazirlikləri ilə çoxsaylı görüşlər keçirib.

Müzakirələr hər iki iqtisadiyyatda enerji ixracından asılılığın azaldılması və qeyri-neft sektorlarının şaxələndirilməsi ətrafında aparılıb.

Avstraliya və Azərbaycan arasında iqtisadi xüsusiyyətlərdə kifayət qədər oxşarlıqlar nəzərə alınaraq idxal-ixrac, kənd təsərrüfatı və turizm sektorlarında əməkdaşlıq imkanlarının araşdırılması üçün birgə səy göstərilib. Belə ki, aparılan görüşlərin əsas məqsədi hər iki ölkənin ortaq maraqlarından çıxış edərək iqtisadi dayanıqlığı və inkişafı gücləndirmək olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2024

18 May 2024

BÜTÜN XƏBƏRLƏR