İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağçadakı rüşvət iddiaları ilə bağlı rəsmi AÇIQLAMA

Abşeron rayonunun Xırdalan şəhərində direktorunun müəllimlərdən pul tələb etdiyi iddia olunan uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb.

Musavat.com xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısı barədə məlumatlıdırlar:

"Hazırda Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək.

Xatırladaq ki, F.Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısında müəllimlərdən pul tələb etdiyi iddia olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2024

BÜTÜN XƏBƏRLƏR