İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avroviziya” klipimiz təqdim edildi - Video

"Avroviziya 2024" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək "Özünlə apar" mahnısının klipi də təqdim olunub. Klip yarışmanın rəsmi yutub səhifəsində yerləşdirilib.

Musavat.com xəbər verir ki, müsabiqədə ölkəmizi Fahree və İlkin Dövlətov təmsil edəcəklər. 

Klipdə Azərbaycanın tarixi yerlərindən də franqmentlər yerləşdirilib. Əsasən Azərbaycanın tarixi və mədəni irsi olan Qobustandan kadrlar yer alıb. 

Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya 2024” mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək.

Musavat.com klipi təqdim edir:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2024

BÜTÜN XƏBƏRLƏR