İnsanlara hürriyət, millətlərə istiqlal!

AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Gert Yan Kupman rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə AK rəsmisi sosial şəbəkədə bildirib.

“Azərbaycanın iqtisadiyyat, ekologiya və nəqliyyat nazirləri ilə yaşıl enerji, əlaqə, minatəmizləmə, COP29 və daha çox məsələləri müzakirə etdim. Güclü əməkdaşlıq Aİ-Azərbaycan prioritetlərinin həyata keçirilməsi üçün əsasdır”, – o qeyd edib.

Görüşlərdə həmçini “biznes mühiti üçün vacib olan sülh prosesi və insan haqları” ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, daha əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov AK rəsmisini qəbul etmişdi. 

Screenshot_2.png (465 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2024

BÜTÜN XƏBƏRLƏR