İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirliyindən Şuşadakı mina partlayışına REAKSİYA

ABŞ-ın Azərbaycandakı səfiriliyi bu gün Şuşada baş verən mina partlayışı barədə paylaşım edib.

Musavat.com xəbər verir ki, bu barədə səfiriliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Bu gün mina partlaması nəticəsində ANAMA əməkdaşının xəsarət alması xəbəri bizi kədərləndirdi. Birləşmiş Ştatlar ölkəni minalardan təmizləmək səylərində Azərbaycana dəstək vermək öhdəliyində qətiyyətlidir. Bütün mina qurbanlarının və onların ailələrinin kədərini bölüşürük", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, aprelin 27-də ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2024

09 May 2024

BÜTÜN XƏBƏRLƏR