İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da neft ehtiyatları gözləniləndən az artıb

Ötən həftə ABŞ-da kommersiya neft ehtiyatları 1,361 milyon barel azalıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin Energetika Nazirliyi açıqlayıb.

"Trading Economics" analitikləri 1,43 milyon barel azalma gözləyirdilər. "Wall Street Journal" konsensus proqnozu 500 min barel azalma ilə bağlı idi.

Ötən həftə ABŞ-da benzin ehtiyatları 915 min barel, distillatlar 560 min barel artıb. "Trading Economics" xəbər verir ki, bu, orta hesabla müvafiq olaraq 1,18 milyon barel və 1 milyon barel azalma gözləyən ekspertlər üçün sürpriz olub.

NYMEX-də ticarət edilən xam neftin saxlandığı Kuşinq terminalında ehtiyatlar son bir həftə ərzində 1,88 milyon barel artıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

19 May 2024

BÜTÜN XƏBƏRLƏR