Vəfa yol hərəkət qaydasını pozduğunu AÇIQLADI

Müğənni Vəfa Şərifova paylaşımı ilə müzakirələrə səbəb olub.

Musavat.com axsam.az-a istinadən xəbər verir ki, instaqramında video yayımlayan sənətçi özü də bilmədən yol hərəkət qaydalarını pozduğunu etiraf edib.

Videoda Rusiyada olan Vəfanın maşınla getdiyi və kəmər taxdığı əks olunub.

O, yanındakı xanımın təkidi ilə kəmər taxdığını deyib:

"Mənə kəmər taxdırıb. Bilirsən, Bakıda kəmər taxmıram. Qayda-qanuna əməl edirsən? Söz verirəm, bir dənə "Geländewagen" alım, mən də kəmər taxacağam". 

06.05.2024 02:23
695