Toydan çıxan zaman avtomobilin vurduğu qadınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 05.05.2024-cü il tarixində saat 22:50 radələrində Nizami rayonu ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbi ilə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən bildirilib.

Məlumatda deyilir ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və zərərçəkmiş Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib:

"Qapalı kəllə-beyin travması, sağ budun əzilməsi, təpə nahiyəsinin cırılmış yaraşı, sifətin əziyi diaqnozları təyin edilən 1959-cu il təvəllüdlü (qadın cinsli) şəxs Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır stabildir"./BAKU.WS

06.05.2024 12:39
826