Səfirlərin səsverməsi - FOTOLAR

Azərbaycanın xarici nümayəndəliklərində səsvermə davam edir.

Musavat.com xəbər verir ki, ölkəmizin xarici ölkələrdəki səfirləri səsvermədə iştirak ediblər. 

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Almaniyadakı səfiri Nəsimi Ağayev, Rumıniyadakı səfiri Qüdsi Osmanov səsvermə fotolarını "X" platformasında paylaşıblar.

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, Serbiyadakı səfiri Kamil Xasıyev isə Azərbaycanın Macarıstandakı səfirliyində səs veriblər.

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə də Belçikada səsvermə hüququndan istifadə edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

07.02.2024 18:40
1170