Rihanna imicini kökündən dəyişdi - FOTO

Barbadoslu müğənni Rihanna imicini kökündən dəyişib.

Sənətçinin yeni fotolarını "Daily Mail" yayımlayıb.

36 yaşlı ifaçı Nyu-Yorkda paparassilərə tuş gəlib. Ulduz gəzinti üçün fermuarlı sviter və enli şalvar, çəhrayı idman ayaqqabısı və dəri gödəkçədən ibarət qara idman kostyumu geyinib.

Bundan əlavə, yayımlanan kadrlarda Rihanna uzun, parlaq çəhrayı saçları burulmuş şəkildə görünüb. O, günəş eynəyini aksesuar kimi seçib.//Publika.az

06.05.2024 00:01
1190