Paşinyan üçün Elçibəy presidenti - baş prokurorun həbs qərarı?

Baş prokuror qeyd edib ki, cinayət işinin başlanıb-başlanmamasına yalnız Milli Təhlükəsizlik Xidmətinin yoxlamasından sonra qərar veriləcək;  Ermənilər 4 kənd məsələsini ölkənin gündəminə daşıya bildilər, indi də hökumətə müxalif kim varsa, bu qarşıdurmanı “qaşıyır”... 

Qazaxın 4 kəndinin tarixi sahibi Azərbaycana qaytarılması qərarından sonra Ermənistanda başlamış etirazların “müvəqqəti müqavimət” olduğu haqda proqnozlar özünü doğrultmur. Dünəndən polis qüvvələri Kirants kəndində yolu bağlayan sakinləri dağıdıb, bəzi həbslər aparıb. Amma bu gərginliyi azaltmaq əvəzinə, daha da artırıb.  

Ona görə öncə bu suala cavab tapmaq lazımdır ki, son 4 ildə “Böyük Ermənistan” xəyallarını itirən, Qarabağdan isə könüllü rədd olub gedən ermənilər niyə heç vaxt onların olmayan 4 kəndə görə yaxalarını belə cırırlar? Bəlli idi ki, sərhədlərin müəyyənləşməsi asan proses deyil. Hər cür təxribatlar və qarşıdurmalar gözləniləndir. Amma ermənilər bunu az qala “şərəf məsələsinə” çevirməkləri diqqət çəkir. Paşinyan və digərləri dəfələrlə dedilər ki, bu kəndlərin adı belə Azərbaycana məxsusluğunu təsdiqləyir. Amma ermənilər 4 kənd məsələsini ölkənin gündəminə daşıya bildilər, indi də Paşinyana müxalif kim varsa, bu məsələni “qaşıyır”...  

9a449d8ad3e4483356e1e9b263c015d1.jpeg (242 KB)

Kəndlərlə bağlı müqavimət hər şeydən öncə erməni cəmiyyətində Azərbaycana qarşı düşmənçilik alovunun səngiməsini istəməyənlərin bəhanəsidir. İkincisi, aşkar görünür ki, bu dəfə müqaviməti kilsə təmsilçiləri təşkil etməyə təşəbbüs edir. Necə ki, 1988-ci ildə bu münaqişənin ilk aylarında da ən aktiv olan keşişlər idi. 

Bu dəfə önə Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazyan çıxarılıb. İlk baxışdan o rəy yaranır ki, ermənilər dindar toplumdur, əlləri hər yerdən və müxalifətdən üzüldüyü üçün indi əyalət yeparxiyasının rəhbərinə ümid etməyə başlayıblar. İrəvanda o qədərdə tanımayan bir əyalət yeparxının üzünə isə indi bir çox qapılar açılıb. Son olaraq Srbazyan İrəvanda, dini lideri katolikos II Qaraginlə görüşüb. Onun eks-prezident Robert Köçəryanla görüşdüyünü keçmiş müdafiə naziri Seyran Ohanyan deyib. Bildirilir ki,  Köçəryan din xadiminə “döyüş meydanını” İrəvana dəyişməyi  məsləhət görüb, eyni zamanda hakimiyyətə qarşı birlikdə müqavimət göstərməyə çağırıb. Köçəryan nəzarətində olan mediada Srbazyana informasiya dəstəyi də vəd edilib. Məlumata görə, Srbazyan görüşlərdə “müqavimətin sönməkdə olmasından” şikayətlənib. 

Bu görüş haqda informasiya yayılandan sonra Köçəryanın ofisi təkzib yayıb. Köçəryanın israrla belə görüşün olduğunu təkzib etməsinin səbəbi də bəllidir. Bu halda yeparxiya rəhbərinin “Kremllə və “beşinci kolon”a bağlı olduğu haqda rəy yaranacaq ki, bu da erməniləri yenidən ciddi xəyal qırıqlığına uğradar. (Zatən, Paşinyana bağlı media dinc durmur. Belə bir informasiya sızdırılıb ki, Srbazyana gizli Kanada vətəndaşlığı alıb).

images-1.jpg (8 KB)

Gözlənilmədən isə Ermənistanın Baş Prokurorluğu Tavuş  hadisələri ilə bağlı  Paşinyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün Milli Təhlükəsizlik Xidmətinə tələb göndərib. Ermənistanın baş prokuroru Anna Vardapetyan bildirib ki, prokurorluq Paşinyan Ermənistan-Azərbaycan delimitasiyasına görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Qeyd edək ki, bundan əvvəl vəkil Ara Zöhrabyan və ehtiyatda olan polkovnik Hayk Nahapetyan Baş Prokurorluğa belə məzmunda ərizə təqdim edib. Onların iddiasına görə, Paşinyan Ermənistanda ərazi razılaşması edə bilməz, bu dəyişiklik məsələləri yalnız referendum yolu ilə həll olunmalıdır. 

Baş prokuror qeyd edib ki, cinayət işinin başlanıb-başlanmamasına yalnız Milli Təhlükəsizlik Xidmətinin yoxlamasından sonra qərar veriləcək.  Bu ölkədə prokurorluq sistemi ilə hökumət arasında ciddi uçurum olduğunu təsdiqləyir. Anna Vardapetyanın baş prokuror vəzifəsində işlədiyi qısa müddət ərzində 50-dən çox prokuror sistemi tərk edib, digərləri isə Ermənistanın İstintaq Komitəsində və digər hüquq-mühafizə orqanlarında işləməyə üstünlük verib. 

ba. op.jpeg (89 KB)

Yada salaq ki, 1993-cü ildə- AXC hakimiyyətinin devrilməsi ərəfəsində ölkənin o vaxtkı baş prokuroru prezident Elçibəyin həbsinə order imzalamışdı. Paşinyan haqda indi belə order yoxdur, hələ ki, araşdırmaq üçün təqdimat var. Amma bu, xüsusilə Qərbdə Paşinyan hakimiyyətinin laxladığı haqda rəyləri gücləndirəcək. Müraciət də əslində daha çox elə bu rəyi yaratmağı hədəfləyir.

Sülh sazişi imzalanmadan Paşinyan hakimiyyəti devrilərsə, bu regiona yaxşı heç nə vəd etməz. Amma ən çox zərərçəkənin məhz Ermənistan olacağına şübhə yoxdur...               

03.05.2024 17:20
4468