Mətanət İsgəndərli qardaşının ölümündən danışdı: "Övlad toyu görmədi..."

Əməkdar artist Mətanət İsgəndərliyə ağır itki üz verib.

Musavat.com bildirir ki, moderator.az-a açıqlama verən sənətçi qardaş itkisinin onun üçün çox ağır dərd olduğunu bildirib.

"Əməliyyata girəcəkdi, bu gün keçindi. Ayağını amputasiya edəcəkdilər ki, bir az yaşasın. Yazıq bildi ki, ayağını kəsəcəklər, ürəyi partladı. Çox ağır dərddir. 57 yaşı var idi. Övlad toyu görmədi. Bir oğlu hərbi xidmətdən yeni gəlib, digəri də iyulda əsgər gedəcək. Sizin vasitənizlə mənə baş sağlığı verən həmkarlarıma və sevənlərimə təşəkkürümü bildirirəm" deyə sənətkar deyib.

Qeyd edək ki, sənətçinin qardaşı uzun müddətdir xəstə idi.

17.05.2024 11:27
579