Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI - VİDEO

Güney Azərbaycanda meyvə satıcıları etiraza qalxıblar.

Musavat.com "Azan İran" teleqram kanalına istinadla xəbər verir ki, dünən Təbrizdə bir neçə meyvə satıcısı Bələdiyyə binasının qarşısına toplaşaraq etiraz ediblər.

Onlar öz tələblərinin həyata keçirilməsini istəyiblər. Etirazçılardan biri Bələdiyyə rəsmilərinə səslənərək, onlardan yalnız iş istədiyini bildirib. 20 ildir satıcılıqla məşğul olduğunu deyən güneyli gənc aidiyyəti qurumları onların problemlərinə diqqət yetirməyə çağırıb.

Musavat.com

06.05.2024 10:14
618