Bakıda “Land Rover” YANDI

Bakı şəhərinin Binəqədi rayonunda “Land Rover” markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrik hissəsi yanıb.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

05.05.2024 20:43
720