Bakıda DƏHŞƏT: Ər arvadını bıçaqladı

Bakıda arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, paytaxtın Suraxanı rayonunda 1973-cü il təvəllüdlü Arzu Balabəyova ailə məişət zəminində bıçaqlanıb.

Əməli törətməkdə şübhəli bilinən qadnın həyat yoldaşı 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

05.05.2024 13:33
989