ABŞ ukraynalı hakerə 14 il həbs cəzası verdi

ABŞ-da ukraynalı haker kibercinayətlərə görə 14 ilə yaxın həbs cəzasına məhkum edilib.

Texas ştatının Şimal Dairə məhkəməsi "REvil" haker qrupundan olan 24 yaşlı ukraynalı Yaroslav Vasinskini 13 il 7 ay azadlıqdan məhrum edib. O, həmçinin 2500-dən çox kiber-hücumda iştirakına görə 16 milyon dollar cərimələnib.

Qeyd edək ki, ukraynalı haker 2021-ci ildə Polşada haker proqramından istifadə edərək hücumlar həyata keçirdiyi üçün qlobal əməliyyat çərçivəsində saxlanılıb.

O, 2022-ci ildə ABŞ-a ekstradisiya edilib və fırıldaqçılıq, çirkli pulların yuyulması və qorunan kompüterlərə ziyan vurmaq üçün kiber-hücumlarda təqsirli bilinib.

02.05.2024 18:31
487